Əsas məzmuna keç

Kuba və ABŞ kəşfiyyat rəhbərləri Havanada görüşdü

Kuba və ABŞ kəşfiyyat rəhbərləri Havanada görüşdü

MKİ şefi Con Ratcliffe və Kuba DİN rəsmiləri terror siyahısı və milli təhlükəsizlik mövzularını müzakirə ediblər. Gərgin münasibətlərdə yeni mərhələ başlayır? Detallar:

en ru

Kubanın Havana şəhərində Daxili İşlər Nazirliyinin nümayəndəsi ilə Mərkəzi İdarəsinin (MKİ) direktoru Con Ratcliffe arasında görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kuba Daxili İşlər Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, görüş 14 may günü iki ölkə arasında siyasi dialoqun asanlaşdırılması və təcili məsələlərin həlli məqsədilə çətin ikitərəfli mühitdə baş tutub. Tərəflər hüquq-mühafizə orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Məlumata görə, görüş zamanı Kuba tərəfi ABŞ ilə aparılan fikir mübadiləsinin ölkənin ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaratmadığını və terroru dəstəkləyən ölkələr siyahısına daxil edilməsi üçün hüquqi əsas olmadığını vurğulayıb.

Daxili İşlər Nazirliyi həmçinin bildirib ki, Kuba terrorçu və ya ekstremist təşkilatlara sığınacaq vermir, onları maliyyələşdirmir və öz ərazisində fəaliyyətlərinə icazə vermir. Bundan əlavə, adada heç bir xarici hərbi baza və ya kəşfiyyat obyekti yerləşmir və ölkənin ABŞ-yə qarşı düşmənçilik fəaliyyəti həyata keçirmədiyi qeyd olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…