İraq və Səudiyyə Ərəbistanında Mərkəzi Kəşfiyyat İdarəsinin obyektlərinə dron hücumları olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə CBS Fars körfəzindəki kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, son iki gün ərzində İraq və Səudiyyə Ərəbistanı ərazisində ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus obyektlərə dron hücumları həyata keçirilib.
Məlumata görə, İraqdakı hədəf iki pilotsuz uçuş aparatı tərəfindən vurulub. Hücum zamanı ərazidə Amerika əsgərlərinin olmadığı qeyd olunub.
Mənbələr həmçinin Səudiyyə Ərəbistanındakı Mərkəzi Kəşfiyyat İdarəsinin obyektində də itki olmadığını bildiriblər.