Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İraq Kürdüstanında hərbi təlim zamanı ABŞ və Britaniya hərbçiləri həlak olub

2 dəq
Paylaş:
İraq Kürdüstanında hərbi təlim zamanı ABŞ və Britaniya hərbçiləri həlak olub

İraq Kürdüstanında Ərbil aviabazasında keçirilən zamanı ABŞ və Böyük hərbçiləri həyatını itirib. "Operativ Məlumat Mərkəzi-OMM"-in "NBC News"a istinadən yaydığı məlumata görə, hər iki ölkənin silahlı qüvvələrinin rəsmiləri hadisəni təsdiqləyiblər.

Mayın 31-də baş verən insidentlə bağlı təfərrüatlar hələlik açıqlanmır. ABŞ Silahlı Qüvvələrinin nümayəndələri bildiriblər ki, həlak olan amerikalı hərbçinin şəxsiyyəti ailəsinə məlumat verildikdən sonra bir sutka ərzində ictimaiyyətə açıqlanmayacaq. Böyük Britaniyanın də oxşar mövqe tutaraq, həlak olan britaniyalı hərbçinin ailəsinin əlavə məlumatlar dərc edilməzdən əvvəl vaxt istədiyini qeyd edib.

Qeyd edək ki, 2026-cı ilin əvvəlində ABŞ İraqdakı bir çox obyektlərdən çıxsa da, Ərbildəki "Əl-Xərir" aviabazasında mövcudluğunu davam etdirir. Həmin bazadan Böyük Britaniya hərbçiləri də istifadə edir. Sözügedən baza ABŞ və İsrailin İranla münaqişəsi fonunda dəfələrlə İran dronlarının hücumuna məruz qalıb. Xatırladaq ki, martın 12-də bazaya endirilən zərbə nəticəsində bir neçə amerikalı hərbçi yaralanmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax