Əsas məzmuna keç

“Qiyamət buzlağı”nın əriməsi altı ölkə üçün ciddi təhlükə yaradır

“Qiyamət buzlağı”nın əriməsi altı ölkə üçün ciddi təhlükə yaradır

Antarktidada yerləşən Thwaites buzlağının sürətlə əriməsi dünya okean səviyyəsinin qalxmasına və bir sıra dövlətlərin su altında qalmasına səbəb ola bilər.

en ru

Dünyanın ən təhlükəli buzlaqlarından biri hesab olunan və "Qiyamət buzlağı" kimi Thwaites buzlağının əriməsi qlobal miqyasda ciddi fəsadlar vəd edir. "Daily Express" nəşrinin məlumatına görə, buzlağın Antarktida sahillərindən qopması və ya ərimə sürətinin artması xüsusilə altı ölkə üçün kritik risklər yaradır.

Təhlükə ilə üzləşən ölkələr:

  • Birləşmiş Krallıq
  • Hollandiya
  • Banqladeş
  • Tuvalu
  • Maldiv adaları

Mütəxəssislər qeyd edirlər ki, bu dövlətlərdə bir çox sahilyanı şəhərlər və bütöv ada əraziləri su altında qalma təhlükəsi ilə qarşı-qarşıyadır. Thwaites buzlağı Qərbi Antarktika buz təbəqəsinin sabitliyini qoruyan mühüm bir "tıxac" funksiyasını yerinə yetirir. Onun çökməsi daha geniş miqyaslı buz itkisinə yol aça bilər.

Amundsen dənizində yerləşən və təxminən 192 min kvadrat kilometr sahəyə malik olan bu buzlaq, təxminən Böyük Britaniya adasına yaxın ölçüdədir və 120 kilometrlik okeanla təmas xəttinə sahibdir. Ekspertlərin hesablamalarına əsasən, buzlağın tamamilə çökməsi dünya okean səviyyəsinin 3,3 metr yüksəlməsinə gətirib çıxara bilər ki, bu da qlobal ekoloji böhranın əsas səbəblərindən biri kimi qiymətləndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #tanınan#fəsad
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…