"Unutdular ki, azərbaycanlılar inancı siyasətdən ayıra bilirlər"- MÜSAHİBƏ

"Unutdular ki, azərbaycanlılar inancı siyasətdən ayıra bilirlər"- MÜSAHİBƏ
06.04.2023 12:25
Aa
dəq

İran 1982-ci ildən etibarən dövlət terrorizmini dövlət siyasətinin tərkib hissəsi kimi tətbiq etməkdədir. 40 ildir ki, artıq bu sahədə böyük təcrübə sahibidir.

Bunu  "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

O qeyd edib ki, İranın terror siyasətinin mahiyyətini tətbiq etdiyi bölgələrə baxsaq, İranda, İraqda, Suriyada, Yəməndə, Fələstində bariz nümunəsini görə bilərik.

"İranın terrorçuluq mahiyyətinə gəldikdə, çoxlu sayda terror təşkilatı yaradıb və ölkələr üzrə ixtisaslaşdırıb. Məsələn Livanda "Hizbullah", Suriyada "Qüds priqadası", İraqda "Həşti Şabi" təşkilatları fəaliyyət göstərir.

Azərbaycanda isə "Hüseynyun" təşkilatı yaradıblar. Bunların da mahiyyəti Azərbaycanda şəriət dövləti ("kərimə" dövləti) qurmaqdır.

DTX ölkədə "kərimə" dövləti qurmağa çalışan bir qrup şəxsin həbsi xəbərini yaydı. Kimdir bu "kəriməçi"lər? Qısa araşdırmalardan aydın olur ki, onların əsas kodları bir neçə tezisdən ibarətdir. Bu tezis SSRİ İslam dininə, daha doğrusu, əhli-beytə qalib gələ bilməməsi ilə sionistlərin də qalib gələ bilməyəcəyindən ibarətdir.

Əlbəttə dərhal qeyd etmək lazımdır ki, paralel şəkildə ideyalarla gənclərin beyninə, onların sağlamlığına  hücum edirlər".

Mütəxəssis qeyd etdi ki, Azərbaycan Qarabağı işğaldan azad etməklə sərhədimizdən keçirilən qanunsuz narkotik vasitələri ilə yolun bir hissəsini kəsmiş oldu.

"Digərinə gəldikdə isə əlbəttə ki, Zəngəzurdan da yol keçir və görünür ki, Zəngəzur dəhlizindən ən çox narahat olmaqlarının da məzmunu buna bağlıdır. İran bütün bu gələcəyə yönəlik qlobal proyektlərin qarşısını almaq üçün də sərhədimizdə təlimlər keçirir. Bunu da əsaslandırır ki, sionist təhlükəsi var, ancaq özlərini İslam dini üzərindən qurduğu alverin mahiyyəti artıq göz önündədir. Yaxın Şərqin durumuna baxanda biz bunu görə bilərik.

Şiəlik azərbaycanlıların əsas dini inancı olsa da, fars şiəliyindən fərqlidir. Fars şiəliyi İran imperializminin əsaslarının qurulmasına xidmət edir. İkinci yanaşma bundan ibarətdir ki, onların unutduqları vacib bir nüans var. 30 ildə Azərbaycanda bu cür dayaqlar yaratmağa cəhd etdilər. Ancaq unutdular ki, azərbaycanlılar inancı siyasətdən ayıra bilirlər. Tehranda isə təəssüf ki, bunu heç kəs anlamır. İranın Azərbaycana qarşı yönəlik siyasəti əlbəttə ki, çox uğursuzluqla başa çatacaqdır".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu