Operativ Məlumat Mərkəzi

UNICEF: "Cibaliye qaçqın düşərgəsində çoxlu uşaq ölüb"

1 dəq
Paylaş:
UNICEF: "Cibaliye qaçqın düşərgəsində çoxlu uşaq ölüb"

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin Cibaliyə qaçqın düşərgəsində həyata keçirdiyi hücumlarda çoxlu uşağın həyatını itirdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Dünən və bu gün Qəzza zolağında Cibaliye düşərgəsinə edilən hücumlardan sonra ortaya çıxan qırğın səhnələri dəhşətlidir. Hələlik uşaqlara hücumların vurduğu ziyanla bağlı təxminimiz olmasa da, ölənlər arasında çoxlu sayda uşağın olduğu bildirilir. Bu iki hücum 3500-dən çox uşağın ölümünə və 6800-dən çoxunun yaralanmasına səbəb olan 25 günlük bombardmanlardan sonra baş verdi. Bu o deməkdir ki, 25 gün ərzində hər gün 400-dən çox uşaq ölür və ya yaralanır. Bu hadisə normal ola bilməz",- deyə qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər