Ukraynanın Aİ və ABŞ-dan Kiyev üçün təcili yardım istəyib

Ukraynanın Aİ və ABŞ-dan Kiyev üçün təcili yardım istəyib
19.03.2024 06:56
Aa
dəq

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqı (Aİ) və ABŞ-dən Kiyev üçün təcili yardım istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.

Onun sözlərinə görə, nazir Aİ və ABŞ-nin qərarların qəbulunu sürətləndirməli olduğunu vurğulayıb.

Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi dəstək üçün əlavə 5 milyard avro ayrıldığını deyən Borrell əlavə edib ki, bu vəsait Çexiya və qurumun digər ölkələrinin Aİ hüdudlarından kənarda sursat almaq təşəbbüsü çərçivəsində mərmilərin tədarükü üçün istifadə edilə bilər.

Onun sözlərinə görə, bu vəsait Avropanın hərbi sənayesini deyil, Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub.

Bundan başqa, o, Kiyevin Vaşinqtonun davamlı dəstəyinə mütləq şəkildə ehtiyac duyduğunu və bu olmadan Rusiya ilə müharibəni davam etdirə bilməyəcəyini qeyd edib. 

Belə ki, Borrellin fikrincə, Avropa sonadək Ukraynaya dəstək olmağa davam etsə də, əsla ABŞ-ı əvəz etmək qüdrətində deyil. 

Qeyd edək ki, fevralın 12-də ABŞ Senatı Ukraynaya 60 milyard dollarlıq yardımla bağlı qanun layihəsini təsdiqləyib. Hazırda yardımın çatdırılması üçün Nümayəndələr palatasının qanun layihəsini təsdiqləməsi lazımdır.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu