Operativ Məlumat Mərkəzi

Ukraynada 400-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

1 dəq
Paylaş:
Ukraynada 400-dən çox yaşayış məntəqəsi işıqsız qalıb
bu barədə Ukraynanın “Ukrenerqo” milli enerji şirkətinin "Telegram" kanalında məlumat verilib. 435 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib....

Ukraynada dörd yüzdən çox yaşayış məntəqəsi işıqsız qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın “Ukrenerqo” milli enerji şirkətinin "Telegram" kanalında məlumat verilib.

435 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib. Münaqişələrə görə Dnepropetrovsk, Sumı, Xarkov və Çerniqov vilayətlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Məlumatda bildirilir ki, Sumı və Çerniqov vilayətlərində texnoloji pozuntulara görə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

“Ukrenerqo”nun məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən Dnepropetrovsk, Kiyev və Kirovoqrad vilayətlərində 170-dən çox yaşayış məntəqəsində elektrik enerjisi kəsilib. Xarkov vilayətində 200 min insan işıqsız qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər