Operativ Məlumat Mərkəzi

Ukraynanın Rusiyaya hücumu nəticəsində yaralananların sayı 42-yə çatıb - YENİLƏNİB

1 dəq
Paylaş:
Ukraynanın Rusiyaya hücumu nəticəsində yaralananların sayı 42-yə çatıb - YENİLƏNİB
bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib. Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir. *** Ukrayna Silahlı Qüvvələri pilotsuz...

Ukraynanın Rusiyanın Belqorod vilayətinə hücumu nəticəsində xəsarət alanların sayı 42-yə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.

Ölənlərin və yaralıların sayının artacağı istisna edilmir.

***

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, "Aqro-Belqorye" donuzçuluq kompleksinin işçilərini daşıyan avtomobillər hədəf alınıb, nəticədə 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

Məlumata görə, xəsarət alanlardan ikisi uşaqdır. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Vurğulanıb ki, Rusiya İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücum faktını araşdıracaq:

“Rusiya İstintaq Komitəsi hadisənin bütün şəraitini və bu cinayətin törədilməsində iştirak edən şəxsləri müəyyənləşdirəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər