Ukrayna rusiyada neft bazasını vurub

Ukrayna rusiyada neft bazasını vurub
19.01.2024 15:26
Aa
dəq

Ukraynaya məxsus pilotsuz uçuş aparatı Rusiya ərazisindəki neft bazasını vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, hadisə Bryansk vilayətinin Klintsı şəhərində qeydə alınıb.

Partlayışı vilayətin qubernatoru Aleksandr Boqomaz da təsdiqləyib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri dronu zərərsizləşdirdikdən sonra onun partlayıcı yüklü hissəsi ümumi tutumu 6 min kubmetr olan neft bazasının üzərinə düşüb.

Hadisə bölgəsinə çox sayda yanğınsöndürən cəlb olunub. Ölən və ya xəsarət alanın olmadığı bildirilib.

Xatırladaq ki, sözügedən neft bazası ötən ilin may ayında da dron hücumuna məruz qalıb.
 

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu