Operativ Məlumat Mərkəzi

Ukrayna ordusu Baxmutda yeni əraziləri işğaldan azad edib

2 dəq
Paylaş:
Ukrayna ordusu Baxmutda yeni əraziləri işğaldan azad edib
bu barədə Böyük Britanyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son dörd gün ərzində Rusiyanın 72-ci əlahiddə motoatıcı briqadasının...

Ukrayna ordusu Baxmut şəhərində Rusiya qoşunlarını azı daha bir kilometr geri sıxışdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" UNIAN-a istinadən xəbər verir ki, bu barədə Böyük Britanyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son dörd gün ərzində Rusiyanın 72-ci əlahiddə motoatıcı briqadasının hissələri ağır itkilər verərək, eyni zamanda fiziki və mənəvi baxımdan zəifləmiş vəziyyətdə Baxmutun cənub cinahındakı mövqelərindən geri çəkilib.

Məlumata görə, Ukrayna ordusu Baxmutda azı bir kilometr ərazini azad ediblər.

Qeyd edək ki, ötən gün Baxmut şəhərinin 2 km ərazisinin Ukrayna müdafiəçiləri tərəfindən Rusiya hərbçilərindən azad etdildiyinə dair xəbər yayılmışdı.

Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin hərbçilərinin Baxmutda cinahları boşaltdığı və qaçdığı barədə video-açıqlama yaymışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər