Operativ Məlumat Mərkəzi

Ukrayna nümayəndə heyəti danışıqlar üçün İstanbula gedib

1 dəq
Paylaş:
Ukrayna nümayəndə heyəti danışıqlar üçün İstanbula gedib
bu barədə Ukrayna XİN məlumat yayıb. Rusiya-Ukrayna danışıqlarının Çırağan Sarayında yerli vaxtla saat 13:00-da başlaması planlaşdırılır. Danışıqlarda...

Ukrayna nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

Rusiya-Ukrayna danışıqlarının Çırağan Sarayında yerli vaxtla saat 13:00-da başlaması planlaşdırılır.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfinə isə müdafiə naziri Rustem Umerov başçılıq edir.

Danışıqların birinci raundu mayın 16-da baş tutub. Görüşün yekunu üzrə tərəflər bir-birlərinə gələcək mümkün atəşkəslə bağlı vizyonu təqdim etmək barədə razılığa gəliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər