Ukraynanın “Polesye” və “Xarkov” klubları “Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşukla maraqlanır. Ukrayna Premyer Liqası təmsilçiləri 26 yaşlı futbolçunu vətəninə qaytarmaq niyyətindədir.
Kaşukun “Qarabağ”dakı maliyyə şərtlərindən razı olduğu bildirilir. Ukrayna klublarının ona Ağdam təmsilçisində qazandığı məbləğə uyğun maaş təklif etməkdə çətinlik çəkdiyi qeyd olunur.
Yarımmüdafiəçi cari mövsümdə “Qarabağ”ın heyətində 11 oyun keçirib və dörd qol vurub.
Kaşuk Ukrayna millisində Şimali İrlandiyaya qarşı oyunda debüt edib. Daha sonra o, Gürcüstan millisi ilə qarşılaşmada da meydana çıxıb.