“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk karyerasını Ukraynada davam etdirə bilər. Sport24-ün məlumatına görə, 26 yaşlı vingerə ölkəsinin “Polesye” klubu maraq göstərir.
Ukrayna təmsilçisinin qış transfer pəncərəsində Kaşuku heyətinə qatmağa çalışacağı bildirilir. Hazırda futbolçunun “Qarabağ”dan ayrılması ilə bağlı yekun qərar verildiyi barədə məlumat yoxdur.
Kaşukun Ağdam klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. Bununla yanaşı, “Qarabağ” rəhbərliyi futbolçu ilə sözləşmənin yenilənməsi üçün danışıqlar aparır. Beləliklə, vingerin gələcək karyerası ilə bağlı iki mümkün variant gündəmdədir: klubda qalmaq və ya ölkəsinə qayıtmaq.
“Polesye” bu il “Qarabağ”ın digər futbolçusu Leandro Andrade-ni də heyətinə qatıb. Kaşuk isə 2024-cü ildən Ağdam klubunun formasını geyinir.