Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy Rusiyanın paytaxta mümkün zərbə endirəcəyi ilə bağlı təhdidlər fonunda ABŞ səfirliyinin Kiyevdən təxliyə olunması barədə yayılan xəbərlərə münasibət bildirib.
"İnterfaks-Ukraina" agentliyinə istinadən xəbər verilir ki, jurnalistlərin suallarını cavablandıran G. Tixiy sözügedən məlumatın reallığı əks etdirmədiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl bəzi kütləvi informasiya vasitələrində Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın Kiprdə keçirilən xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə səsləndirdiyi fikirlər yer alıb. K. Kallas çıxışı zamanı Ukraynadakı diplomatik missiyaların vəziyyətinə toxunaraq, "Biz Ukraynadan eşitdik ki, biri istisna olmaqla, bütün səfirliklər yerindədir... Bütün avropalılar qalır, ABŞ gedir", - deyə bildirmişdi.