Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Britaniya Ukraynaya qoşun göndərməyə hazırlaşır

2 dəq
Paylaş:
Britaniya Ukraynaya qoşun göndərməyə hazırlaşır

Ukraynaya göndərilməsi planlaşdırılan çoxmillətli qüvvələrin yaradılması çərçivəsində 70 nəfərdən ibarət qərargah formalaşdırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat hökumətinin rəsmi saytında yerləşdirilən bəyanatda əks olunub.

Mətbuat xidmətinin məlumatına görə, artıq fəaliyyətə başlayan bu qərargahla yanaşı, Britaniya qoşunlarının hazırlıq prosesi üçün hökumət tərəfindən 200 milyon funt-sterlinq məbləğində vəsait ayrılıb.

Layihənin əsas məqsədi gələcəkdə Ukrayna ərazisində hərbi iştirakı təmin etməkdir.

Qeyd edək ki, yanvarın 6-da Ukrayna lideri Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Ukraynaya çoxmillətli qüvvələrin daxil edilməsinə dair niyyət bəyannaməsi imzalayıblar.

Sənəddə söhbət münaqişə başa çatdıqdan sonra Qərb ölkələrinin qoşunlarının bölgədə yerləşdirilməsindən gedir.

Sənəd çərçivə xarakteri daşıyır və yalnız tərəflərin niyyətlərini ifadə edir. Xarici hərbi kontingentin sayı ilə bağlı konkret öhdəlik yoxdur. Yerləşdirmə formatı və müddəti hələlik müəyyən edilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax