Əsas məzmuna keç

Slovakiya Ukraynaya elektrik enerjisi yardımını dayandırdı

Slovakiya Ukraynaya elektrik enerjisi yardımını dayandırdı

Baş nazir Robert Fitso rəsmi Kiyevin neft tranzitini bərpa etməməsinə cavab olaraq elektrik tədarükünün kəsildiyini elan edib.

en ru

Ukraynanın enerji sisteminin stabilləşdirilməsi üçün nəzərdə tutulan qəza yardımlarını rəsmən dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fitso özünün hesabında paylaşdığı video müraciətdə məlumat verib.

Hökumət başçısı bildirib ki, bazar ertəsindən etibarən Ukrayna tərəfi ilə bağlı müraciət etsə belə, Bratislava bu xahişi təmin etməyəcək.

Robert Fitso qeyd edib ki, müvafiq tapşırıq artıq ölkənin Maliyyə Nazirliyinə və SEPS (Slovakiya ötürücü sistem operatoru) dövlət şirkətinin rəhbərliyinə verilib.

Qərarın verilməsinə səbəb olan əsas məqamlar aşağıdakılardır:

  • Ukrayna ərazisindən keçən "Drujba" kəməri ilə neft nəqlinin dayandırılması;
  • Rəsmi Kiyevin neft tranzitini bərpa etmək barədə xəbərdarlıqlara reaksiya verməməsi;
  • Slovakiyanın daxili enerji təhlükəsizliyinin qorunması zərurəti.

Xatırladaq ki, fevralın 13-dən etibarən Rusiyadan Ukrayna vasitəsilə Slovakiyaya gələn neftin nəqli dayanıb. daha əvvəl xəbərdarlıq etmişdi ki, əgər Ukrayna prezidenti Volodimir Zelenski neft tədarükünü bərpa etməsə, Slovakiya tərəfi cavab tədbiri olaraq elektrik enerjisi yardımını dayandıracaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…