Britaniya müdafiə naziri Con Heli 5 martda Kiprə səfər edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, səfər 2 martda Kiprdəki Britaniya hərbi bazasına pilotsuz təyyarənin hücumundan sonra baş tutub.
Son günlərdə Britaniya Hərbi Hava Qüvvələrinin bir neçə digər pilotsuz təyyarəni ələ keçirib məhv etdiyi də bildirilib.
Baş nazir Kir Starmer Britaniya hərbi bazalarının və personalının qorunmasının ən yüksək səviyyəyə qaldırılacağını açıqlayıb.
Böyük Britaniya bölgəyə "HMS Dragon" esminesi göndərəcək və onun Portsmutdan gələn həftəyə qədər yola düşməsi gözlənilmir.