Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Britaniya özünümüdafiəyə hazır olduğunu açıqladı

2 dəq
Paylaş:
Britaniya özünümüdafiəyə hazır olduğunu açıqladı

İran ABŞ tərəfindən istifadə olunan Böyük bazalarını "qanuni hədəf" hesab etdiyini bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bunun ardınca Böyük Britaniya hökuməti özünü müdafiə etmək üçün sutkanın 24 saatı tam hazırlıq vəziyyətində olduğunu açıqlayıb.

Böyük Britaniya ABŞ hərbçiləri və hərbi təyyarələrinin yerləşdiyi bazalarından Vaşinqtonun müdafiə xarakterli əməliyyatlar keçirməsinə icazə versə də, İrana qarşı birbaşa hücum əməliyyatlarında iştirakdan imtina edib.

İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanı ABŞ-nin hərbi əməliyyatlarının "şəriki" adlandırıb.

Eyni zamanda, ABŞ-yə hərbi dəstək göstərən istənilən ölkənin bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bəyan edib.

Açıqlamalar ABŞ-nin ardıcıl 13-cü gecə İrandakı hədəflərə hava zərbələri endirdiyi bir vaxtda səsləndirilib.

ABŞ Prezidenti Tramp isə Böyük Britaniya hökumətini və keçmiş Kir Starmeri müharibəyə kifayət qədər dəstək verməməkdə dəfələrlə tənqid edib.

İran tərəfi isə Böyük Britaniyanı hərbi əməliyyatların iştirakçısı kimi təqdim etməyə çalışıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax