Əsas məzmuna keç

Böyük Britaniyanın müdafiə naziri istefa verdi - Rəsmi açıqlama

Böyük Britaniyanın müdafiə naziri istefa verdi - Rəsmi açıqlama

Londonun hərbi idarə rəhbəri gözlənilməz qərarı ilə gündəmə gəlib. Britaniya hökumətindəki bu ciddi dəyişiklik və rəsmi istefanın pərdəarxası məqamları.

ru en

Böyük Britaniyanın Con Hili istefa verdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

İstefa yaxın illərdə Silahlı Qüvvələrinin inkişafını müəyyən etməli olan müdafiə xərclərinin artırılması proqramının icrasının ləngiməsi fonunda baş verib.

Sosial şəbəkələrdə yayımlanan Kir Starmerə ünvanlanmış məktubda C.Hili bu qərarı verməyin onun üçün asan olmadığını, lakin artan təhdidləri fonunda hakimiyyətin ölkənin müdafiəsini lazımi resurslarla təmin edə bilmədiyini qeyd edib.

Nazirin sözlərinə görə, yanvar ayında aparılmış qurumlararası qiymətləndirmə Britaniya ordusuna əlavə investisiyaların tələb olunduğunu göstərib, lakin o vaxtdan bəri hökumət və Maliyyə Nazirliyi zəruri maliyyələşməni heç cür razılaşdırmayıb.

"Siz bacarmadınız, Xəzinədarlıq isə mövcud artan təhdidlər şəraitində ölkənin müdafiəsi üçün zəruri olan resursları ayırmaq istəmədi", - C.Hili vurğulayıb.

Qeyd edək ki, C.Hili 2024-cü il iyulun 5-də Böyük Britaniyanın vəzifəsinə təyin olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…