Əsas məzmuna keç

Üç ölkənin donanması Hind okeanında

Üç ölkənin donanması Hind okeanında

Rusiya, Çin və İran Hörmüz boğazında 'Təhlükəsizlik Zonası 2026' hərbi təlimlərinə başlayır. SEPAH-ın da qatıldığı manevrlər bölgədə gərginliyi necə artıracaq?

en ru

, və İran yaxın vaxtlarda boğazında keçiriləcək birgə hərbi təlimlərdə iştirak etmək üçün gəmilər göndəriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Rusiya, Çin və İranın gəmilər göndərdiyi Hörmüz boğazındakı "Təhlükəsizlik ZonasI 2026" hərbi təlimləri təxirəsalınmaz xarakter daşıyır.

Bundan əvvəl İranın Tasnim agentliyi xəbər vermişdi ki, İran, Rusiya və Çin fevralın sonunda okeanının şimal hissəsində “Təhlükəsizlik Zonası” adlı səkkizinci birgə təlimlərini keçirəcəklər.

Təlimlərdə İran Hərbi Dəniz Qüvvələrinin, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin, eləcə də Çin və Rusiya donanmalarının gəmiləri iştirak edəcək.

“Təhlükəsizlik Zonası” adlı hərbi-dəniz təlimləri 2019-cu ildən İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə keçirilir. Bu təlimlər qlobal dəniz ticarətinin təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. Üç ölkənin hərbi-dəniz qüvvələrinin birgə əməliyyatlarına piratçılıqla mübarizə, dəniz terrorizminin qarşısının alınması və xilasetmə əməliyyatları daxildir.

Fevralın 16-da İran Yaxın Şərqdə artan gərginlik və ABŞ-nin bölgədə hərbi mövcudluğunun güclənməsi fonunda “Hörmüz boğazına Ağıllı Nəzarət” adlı hərbi-dəniz təlimləri də keçirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…