Operativ Məlumat Mərkəzi

“Twitter” şirkətinin gəliri azalıb

1 dəq
Paylaş:
“Twitter” şirkətinin gəliri azalıb
bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qeyd olunub ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlir və xalis mənfəətdə təxminən 40% azalma...

Amerikanın “Twitter” şirkətinin ötən ilin dekabrında gəliri reklam şirkətlərinin əməkdaşlıq etməməsindən sonra təxminən 40% azalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlir və xalis mənfəətdə təxminən 40% azalma “Twitter” rəhbərliyi tərəfindən investorlara təqdim edilib.

Keçən ilin oktyabrında iş adamı İlon Mask tərəfindən satın alındıqdan sonra “Twitter” özəl şirkətlər kateqoriyasına keçib və artıq maliyyə hesabatlarını dərc etmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər