"Twitter" şəxsi mesajları şifrələyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə şirkətin sahibi Elon Musk məlumat verib.
Belə ki, mesajları göndərən və qəbul edən şəxslərdən başqa heç kim görə bilməyəcək. Musk "başıma silah dayasalar belə istifadəçilərin mesajlarını görə bilməyəcəm", - deyə bildirib.
O, həmçinin platformada olacaq yeni funksiyalar - səsli və video zəng haqqında məlumat verib.