Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində üçtərəfli müdafiə sazişi imzalayacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, saziş üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənədin Ciddədə keçiriləcək görüş çərçivəsində imzalanacağı qeyd olunub.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün birgünlük işgüzar səfər məqsədilə Səudiyyə Ərəbistanına yollanıb.
Son dövrdə Pakistan ABŞ-İran arasında yaranmış gərginliyin aradan qaldırılması istiqamətində vasitəçilik təşəbbüsləri ilə çıxış edib.
Türkiyə isə Qəzza zolağında atəşkəsin əldə olunması üçün diplomatik fəaliyyətini davam etdirib.
Qeyd edək ki, Pakistan və Səudiyyə Ərəbistanı hələ 2025-ci ildə ortaq müdafiə sazişi imzalayacaqlarını bəyan etmişdilər.