Əsas məzmuna keç

Türkiyədə hoteldə güclü yanğın baş verib, ölənlər var

Türkiyədə hoteldə güclü yanğın baş verib, ölənlər var

Türkiyənin şəhərinin Uludağ bölgəsində hoteldə yanğın hadisəsi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, bu barədə Bursa Bələdiyyəsinin başçısı Mustafa Bozbey məlumat verib.

Onun sözlərinə görə, faciə nəticəsində bir nəfər həlak olub, dörd nəfər isə xilas edib.

Qeyd olunub ki, yanan hotelin turizm fəaliyyəti göstərməyə dair sənədi olmayıb.

Xatırladaq ki, yanvarın 21-i Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda “Grand Kartal” hotelində də yanğın baş verib. Yanğında ümumilikdə 78 nəfər həlak olub.

Uludağdakı hoteldə baş verən yanğında ölənlərin 2-yə çatıb.

Məlumata görə, daha 3 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onların şüurunun qapalı olduğu və müalicələrinin davam etdiyi bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…