Əsas məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 20 şübhəli saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 20 şübhəli saxlanılıb

Türkiyənin 11 vilayətində FETÖ terror təşkilatına qarşı “Kıskaç-25” əməliyyatı keçirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də...

Türkiyənin 11 vilayətində terror təşkilatına qarşı “Kıskaç-25” əməliyyatı keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyatlar Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Van vilayətlərini əhatə edib.

Məlumata görə, əməliyyat nəticəsində 20 FETÖ şübhəlisi saxlanılıb. Onların təşkilatın qondarma "Hərbi Şəxsi" strukturunda fəaliyyət göstərdikləri, təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ-nun "ByLock" kriptokommunikasiya proqramının istifadəçiləri olduğu üzə çıxıb.

A.Yerlikaya terrorçulara qarşı mübarizənin qətiyyətlə davam edəcəyini diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #din#fetö#çorum
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…