Türkiyədə dolların məzənnəsi ilk dəfə 30 TL-ni ötüb

Türkiyədə dolların məzənnəsi ilk dəfə 30 TL-ni ötüb
11.01.2024 12:18
Aa
dəq

Türkiyənin milli valyutası - lirənin məzənnəsi tarixi minimumunu yeniləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 1 ABŞ dolları üçün 30 lirə təşkil edib.

Daha əvvəl ölkənin maliyyə naziri Mehmet Şimşek bildirilib ki, Türkiyə rəsmiləri lirə/dollar məzənnəsi ilə bağlı hədəflər qoymayıb, məzənnə sərbəst buraxılıb.

Qeyd edilib ki, illik inflyasiya 2023-cü ilin noyabrda 61,98 %, dekabrında isə 64,77 % təşkil edib.

Bundan başqa, İnflyasiya Araşdırma Qrupunun (ENAG) məlumatına görə, 2023-cü ilin dekabrında illik inflyasiya 127,21 % təşkil edib.

Həftənin ən çox oxunanları