Operativ Məlumat Mərkəzi

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 73,5 milyard dolları ötüb

3 dəq
Paylaş:
Azərbaycan Dövlət Neft Fondunun aktivləri 73,5 milyard dolları ötüb

Bu il yanvarın 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 73 milyard 541,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz artım deməkdir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Fondun rəsmi məlumatına istinadən xəbər verir.

Məlumata görə, 2025-ci il ərzində ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 , büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat olub.

İl ərzində Fond neft-qaz sazişlərinin icrasından ümumilikdə 10 milyard 266,3 milyon manat gəlir əldə edib. Bunun 9 milyard 497 milyon manatı mənfəət neft və qazının satışının, 765,7 milyon manatı bonus və tranzit ödənişlərinin, 3,6 milyon manatı isə akrhesabı ödənişlərinin payına düşüb.

“Azəri-Çıraq-Günəşli” yatağından Fonda 8 milyard 292,9 milyon manat, “Şahdəniz” yatağından isə 958,8 milyon manat vəsait daxil olub.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlir 6 milyard 894,1 milyon manat təşkil edib. Hesabat dövründə investisiya portfelinin gəlirliliyi 6,2 faiz səviyyəsində olub.

2025-ci ildə ARDNF dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert edib. Bununla yanaşı, “2019–2023-cü illər üçün sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 18,6 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na isə 86,9 milyon manat vəsait ayrılıb. Fondun idarəetmə xərcləri 40,7 milyon manat olub.

Valyuta məzənnələrinin dəyişməsi nəticəsində formalaşan büdcədənkənar gəlirlər isə 20 milyard 434 milyon manat təşkil edib.

Fondun açıqlamasında bildirilib ki, 2025-ci ildə qlobal maliyyə bazarlarında müşahidə olunan müsbət tendensiyalar ARDNF-in aktivlərinin artımına əhəmiyyətli təsir göstərib. ABŞ, Avrozona və Böyük Britaniyada mərkəzi bankların faiz dərəcələrini endirməsi istiqraz bazarlarında gəlirliliyi yüksəldib və Fondun borc alətləri üzrə gəlirlərinin əsas mənbəyinə çevrilib.

Eyni zamanda, səhm investisiyaları da müsbət gəlirlilik nümayiş etdirib. Şirkətlərin dayanıqlı maliyyə göstəriciləri, texnologiya və sahəsində irəliləyişlər, eləcə də yumşaldıcı monetar siyasət bazarlarda müsbət dinamika yaradıb.

Daşınmaz əmlak və infrastruktur investisiyalarında sektorlar üzrə fərqli nəticələr qeydə alınıb. Ofis sektorunda çətinliklər davam etsə də, logistika, yaşayış və infrastruktur aktivlərinə yüksək tələbat bu sahələrdə sabit gəlirliliyi təmin edib. Nəticədə, ARDNF-in daşınmaz əmlak altportfeli il ərzində müsbət nəticə göstərib.

Qızıl bazarında isə mərkəzi bankların alışları, geosiyasi risklər və qlobal qeyri-müəyyənliklər fonunda qiymətlər tarixi maksimum səviyyələrə yüksəlib. Bu da ARDNF-in qızıl portfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlərin formalaşmasına şərait yaradıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax