Əsas məzmuna keç

Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb

Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb

ümumi ehtiyatların 86,5 %-i (73 milyard 541,5 milyon ABŞ dolları) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 13,5 %-i (11 milyard 514,9 milyon ABŞ dolları)...

ru en

Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 56,4 milyon dolları edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ümumi ehtiyatların 86,5 %-i (73 milyard 541,5 milyon ABŞ dolları) Dövlət Fondunun (), 13,5 %-i (11 milyard 514,9 milyon ABŞ dolları) isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

2025-ci ilin IV rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 584,2 milyon ABŞ dolları və ya 4,4 % artıb.

Bu dövrdə:

ARDNF-in valyuta ehtiyatları 3 milyard 379,8 milyon ABŞ dolları (4,8 %), AMB-nin valyuta ehtiyatları isə 204,4 milyon ABŞ dolları (1,8 %) artım göstərib.

Son 1 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard 165,5 milyon ABŞ dolları və ya 19,8 % yüksəlib.

İl ərzində ARDNF-in ehtiyatları 13 milyard 510,1 milyon ABŞ dolları (22,5 %), AMB-nin ehtiyatları isə 555,4 milyon ABŞ dolları (5,1 %) artıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…