İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya araşdırmasından sonra başlayan boykot çağırışlarına reaksiyalar davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən məlumatına görə, biznes nümayəndələri deyirlər ki, ticarət dayandırılmamalı, istehsalçılar hədəfə alınmamalıdır.
CHP sədri Özgür Özəlin açıqlamaları iş dünyası və siyasi dairələrdə böyük əks-səda doğurub.
Türkiyə Odalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu boykot çağırışları ilə bağlı yazılı açıqlama verib.
O bildirib ki, istehsal edən, məşğulluğu təmin edən, investisiya yatıran şirkətlər hədəf olmamalıdır və şirkətlər siyasi müzakirələrdən kənarda saxlanılmalıdır.