Əsas məzmuna keç

İstanbul Hava Limanı Avropanın ən punktual hava limanı seçilib

İstanbul Hava Limanı Avropanın ən punktual hava limanı seçilib

İyun ayı üzrə statistikaya əsasən, "İstanbul Hava Limanı" uçuşların vaxtında yerinə yetirilməsi göstəricisinə görə Avropanın böyük mərkəzlərini geridə qoyub.

en ru

İstanbul uçuşların vaxtında həyata keçirilməsi göstəricilərinə görə Avropanın ən yaxşı nəticə göstərən hava limanı seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Avropa Hava Seyrüsefer Təhlükəsizliyi Təşkilatının ("EUROCONTROL") iyun ayı üzrə yayımladığı "First Wawe" hesabatında mülki sahəsində əsas göstəricilər açıqlanıb.

Məlumata görə, "İGA İstanbul Hava Limanı" iyun ayında 94,3 faiz vaxtında uçuş göstəricisi ilə Avropanın iri hava nəqliyyatı mərkəzlərini geridə qoyaraq ilk sırada qərarlaşıb. Hava limanında orta uçuş gecikmə müddəti isə 3,7 dəqiqə təşkil edib.

Bildirilib ki, İstanbul Hava Limanının yüksək nəticə göstərməsində operativ idarəetmə sistemi, texnoloji infrastruktur və əməkdaşların koordinasiyalı fəaliyyəti mühüm rol oynayıb.

Qeyd olunub ki, "İGA" rəhbərliyi əldə olunan nəticə ilə bağlı əməkdaşlara, tərəfdaşlara və sərnişinlərə təşəkkür edib. bu göstəricinin hava limanının səmərəli fəaliyyətinin və beynəlxalq aviasiyada artan rolunun göstəricisi olduğunu vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…