Əsas məzmuna keç

Türkiyə XİN: ABŞ və İran nüvə sazişi üzrə kompromisə hazırdır

Türkiyə XİN: ABŞ və İran nüvə sazişi üzrə kompromisə hazırdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqton və Tehranın uranın zənginləşdirilməsi məsələsində ortaq məxrəcə gələ biləcəyini açıqlayıb.

en ru

Türkiyənin naziri "Financial Times" qəzetinə verdiyi müsahibədə ABŞ və İranın sazişi ilə bağlı kompromislərə hazır olduqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirin sözlərinə görə, uranın zənginləşdirilməsinin tamamilə dayandırılması tələbindən imtina edərək, bu prosesin müəyyən edilmiş çərçivələr daxilində həyata keçirilməsinə razılıq verə bilər.

Hakan Fidan bu yanaşmanı müsbət addım kimi qiymətləndirib.

"İranlılar artıq amerikalılarla razılığa gəlməyin zəruriliyini dərk edirlər, amerikalılar isə iranlıların öz limitlərinin olduğunu anlayırlar", — deyə Fidan əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti tərəflər arasında saziş əldə olunmayacağı təqdirdə Vaşinqtonun İrana qarşı çox sərt addımlar ata biləcəyini istisna etməmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…