Operativ Məlumat Mərkəzi

Türkiyə vətəndaşlarının Almaniyaya müraciət sayında artım var

1 dəq
Paylaş:
Türkiyə vətəndaşlarının Almaniyaya müraciət sayında artım var
Türkiyədən Almaniyaya sığınacaq müraciətləri 203% artıb. BAMF-ın 2023-cü il statistikası.

2023-cü ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə Türkiyə vətəndaşlarından Almaniyaya sığınacaq müraciətlərinin sayı 203% artıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) məlumat yayıb.

BAMF-ın statistikasına görə, yanvar-iyul ayları arasında Almaniyada sığınacaq üçün 188 967 müraciət edilib. Bu müddət ərzində Türkiyə vətəndaşları 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 202,9%, yəni 23 486 müraciət çox edib.

İndiyədək 12 174 sığınacaq müraciəti təmin olunub.

Müraciətlərin sayına görə türklər Suriya vətəndaşları və əfqanlardan sonra ikinci yerdədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər