Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
28.03.2024 17:42
Aa
dəq

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalı da daxil olmaqla, son bir həftədə 38 terrorçu zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk nazirliyin həftəlik hesabatında bildirib.

Məlumata əsasən, PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı aparılan əməliyyatların gedişində yanvarın 1-dən bəri zərərsizləşdirilən terrorçuların sayı 646-ya çatıb. Onlardan 268-i İraqın şimalında, 378-i isə Suriyanın şimalında aradan götürülüb.

Ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə toxunan Aktürk bildirib ki, son bir həftə ərzində qeyri-qanuni yollarla Türkiyə sərhədlərini keçməyə cəhd edən 82 nəfər saxlanılıb, 2572 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. İlin əvvəlindən indiyədək qanunsuz yollarla Türkiyə ərazisinə keçməyə çalışanların sayı isə 39 min 412 nəfərə çatıb.

Aktürk Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən yerli hərbi texnika barədə də məlumat verib.

Həftənin ən çox oxunanları

Seysmoloq İstanbulda 7,6 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb

Seysmoloq İstanbulda 7,6 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb
DAVAMIN OXU davamın oxu

İran Hörmüz boğazında saxlanılan gəminin heyətini azad edəcək

İran Hörmüz boğazında saxlanılan gəminin heyətini azad edəcək
DAVAMIN OXU davamın oxu

Ərdoğan Niderland Baş naziri ilə görüşüb

Ərdoğan Niderland Baş naziri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib
DAVAMIN OXU davamın oxu

İranda dörd məhkum edam edilib

İranda dörd məhkum edam edilib
DAVAMIN OXU davamın oxu