Türkiyənin ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Volkan Dəmir “Aydınlık” qəzetinə müsahibəsində ABŞ-ın sərt sanksiya təzyiqi fonunda Rusiya ilə davam edən ticari əlaqələrin Ankaraya böyük çətinliklər gətirə biləcəyini deyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
“ABŞ Rusiya ilə ticarətə öz sistemi vasitəsilə nəzarət edir, Türkiyədə isə MASAK buna nəzarət edir. Cəmi 15 gün əvvəl o, 7 şirkəti “qara siyahı”ya salıb”, - deyə siyasətçi bildirib.