Operativ Məlumat Mərkəzi

ABŞ institutu: Ermənistan Rusiya ilə ikitərəfli əməkdaşlığını azaltmağa çalışır

1 dəq
Paylaş:
ABŞ institutu: Ermənistan Rusiya ilə ikitərəfli əməkdaşlığını azaltmağa çalışır
bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Bildirilib ki, rəsmi İrəvan bunun üçün müəyyən tədbirlər görür. Qeyd...

Ermənistan Rusiya ilə ikitərəfli təhlükəsizlik əməkdaşlığını azaltmağa çalışır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Bildirilib ki, rəsmi İrəvan bunun üçün müəyyən tədbirlər görür.

Qeyd olunub ki, bu, həm ikitərəfli münasibətlərdə, həm də Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) özünü göstərir.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. O, həmçinin KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər