Əsas məzmuna keç

Putin KTMT-nin növbəti sammitinin tarixini və yerini açıqladı

Putin KTMT-nin növbəti sammitinin tarixini və yerini açıqladı

Prezidenti Vladimir Təhlükəsizlik Müqaviləsi Təşkilatının () Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı təşkilatın növbəti sammitinin Moskvada keçiriləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Putin Kremldən çıxışında bildirib:

“Razılığa gəlinib ki, Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək. Sizi Rusiyanın paytaxtında səbirsizliklə gözləyirik.”

Həmçinin Rusiya lideri KTMT qüvvələrinin Rusiya silahları ilə təchiz olunması üçün genişmiqyaslı proqramın başlanmasını təklif edib. Onun sözlərinə görə, bu silahlar döyüş bölgələrində öz effektivliyini artıq sübut edib.

Bu təşəbbüs KTMT üzvləri arasında hərbi əməkdaşlığı gücləndirmək və regionda kollektiv müdafiə imkanlarını artırmaq məqsədi daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…