Operativ Məlumat Mərkəzi

Türkiyə Fələstinin BMT Təhlükəsizlik Şurası tərəfindən tanınmaması risklərinə diqqət çəkdi

1 dəq
Paylaş:
Türkiyə Fələstinin BMT Təhlükəsizlik Şurası tərəfindən tanınmaması risklərinə diqqət çəkdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstini tanımaqdan imtinasının Qəzza zolağında yeni böhrana səbəb olacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Fidan qeyd edib ki, Fələstinin BMT Təhlükəsizlik Şurası tərəfindən tanınmaması beynəlxalq sistemin tam iflası demək olacaq.

Nazir vurğulayıb ki, beynəlxalq hüquq və bəşəriyyətin vicdanı Fələstinin tanınmasını tələb edir.

“150 ölkənin tanıdığı dövlət BMT Təhlükəsizlik Şurasında bir ölkənin səsverməsi ilə yenidən rədd edilərsə, bu böhranı daha da dərinləşdirəcək reallıqla qarşı-qarşıya qalacağıq”,- deyə o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər