Əsas məzmuna keç

ABŞ BMT-yə Qəzzanın bərpası üçün yeni fond yaradılmasını təklif edib

ABŞ BMT-yə Qəzzanın bərpası üçün yeni fond yaradılmasını təklif edib

Bbu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı mənbəyə istinadən məlumat verib. Bildirilib ki, Vaşinqton Qəzza ilə bağlı qətnamə layihəsini artıq rəsmi...

tərəfindən Təhlükəsizlik Şurasına təqdim edilən Qəzza zolağı ilə bağlı qətnamə layihəsində Dünya Bankının 2027-ci ilin sonuna qədər Fələstin anklavının yenidən qurulmasını maliyyələşdirmək üçün xüsusi yaratması təklifi yer alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bbu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı mənbəyə istinadən məlumat verib.

Bildirilib ki, Vaşinqton Qəzza ilə bağlı qətnamə layihəsini artıq rəsmi şəkildə BMT Təhlükəsizlik Şurasına təqdim edib.

Sənəddə həmçinin idarəetmə və təhlükəsizliyin təmin olunması üçün 2027-ci ilin sonuna qədər – uzadılma imkanı ilə – beynəlxalq qüvvələrə geniş səlahiyyətlərin verilməsi təklif olunur. Bu qüvvələr sərhədləri qoruyacaq, humanitar dəhlizlərin təhlükəsizliyini təmin edəcək, yeni Fələstin qüvvələrini hazırlayacaq və anklavın silahsızlaşdırılmasına cavabdeh olacaqlar.

Məlumata görə, ABŞ administrasiyası qətnamə üzrə səsvermənin yaxın zamanda keçirilməsini və beynəlxalq qüvvələrin Qəzzaya yanvar ayından etibarən yerləşdirilməsini istəyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…