Əsas məzmuna keç

Ərdoğan Trampa İran böhranı ilə bağlı üçtərəfli sammit təklif edib

Ərdoğan Trampa İran böhranı ilə bağlı üçtərəfli sammit təklif edib

Türkiyə Prezidenti ABŞ və İranın iştirakı ilə yüksək səviyyəli görüşün keçirilməsinin regionda artan gərginliyin diplomatik yolla azaldılmasına töhfə verə biləcəyini vurğulayıb.

ru en

Prezidenti Rəcəb Tayyib ABŞ Prezidenti Donald Trampa İran ətrafında formalaşan gərgin vəziyyət fonunda üçtərəfli sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat “Hürriyet” qəzetində dərc olunan müəllif yazısında yer alıb.

Məlumata görə, sözügedən təklif yanvarın 27-də Türkiyə və ABŞ liderləri arasında baş tutan zamanı səsləndirilib. Ərdoğan ABŞ, İran və Türkiyənin iştirakı ilə yüksək səviyyəli görüşün təşkilini təklif edərək, regionda dərinləşən böhran və mümkün hərbi qarşıdurma riskləri fonunda diplomatik mexanizmlərin əhəmiyyətini ön plana çəkib.

Qeyd olunub ki, sammitin videokonfrans formatında keçirilməsi mümkün variant kimi dəyərləndirilib. Bu yanaşmanın risklərini minimuma endirə və danışıqlar prosesini daha çevik edə biləcəyi vurğulanıb.

Mənbələrin bildirdiyinə görə, Donald Tramp bu təşəbbüsə müsbət münasibət göstərib və təklifin gələcək mərhələdə müzakirə oluna biləcəyini bildirib.

Bununla yanaşı, nəşrin məlumatına əsasən, İranın naziri Abbas Əraqçi bu həftə Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində onun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulur. Görüşdə regiondakı mövcud vəziyyət və İran ətrafında yaranmış böhranın diplomatik yollarla nizamlanması imkanları müzakirə ediləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…