Əsas məzmuna keç

Türkiyə dünya liderlərini qəbul edəcək: NATO sammiti üçün hazırlıqlar yekunlaşır

Türkiyə dünya liderlərini qəbul edəcək: NATO sammiti üçün hazırlıqlar yekunlaşır

İyulun 7-8-də keçiriləcək 36-cı NATO Sammiti üçün Türkiyədə genişmiqyaslı təhlükəsizlik və təşkilati tədbirlər görülüb.

en ru

İyulun 7-8-də Türkiyədə keçiriləcək NATO sammitinin miqyası və təhlükəsizlik tədbirləri ilə bağlı geniş məlumat açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sammit çərçivəsində NATO-ya üzv 32 dövlət və hökumət başçısını, çoxsaylı dəvətli liderləri, təxminən 100 nazir və yüksək səviyyəli diplomatları, həmçinin beynəlxalq təşkilatların nümayəndələrini qəbul edəcək.

Məlumata görə, tədbirin işıqlandırılması üçün dünyanın müxtəlif ölkələrindən təxminən 3 min nümayəndəsi akkreditasiyadan keçib.

Bildirilib ki, təhlükəsizliyin təmin olunması məqsədilə ümumilikdə 56 min 288 hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub. Onlardan 48 min 841-i polis, 7 min 447-si isə jandarma qüvvələridir. Bundan əlavə, sahəsində 7/24 rejimində fəaliyyət göstərəcək 639 mütəxəssis də prosesə cəlb edilib.

Qeyd olunub ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi sammitin media və ictimai diplomatiya fəaliyyətlərinin koordinasiyası üçün xüsusi işçi qrupu yaradıb. Bu çərçivədə 850 nəfərlik media heyəti, o cümlədən TRT əməkdaşları tədbirin beynəlxalq ictimaiyyətə çatdırılmasında iştirak edəcək.

Məlumata əsasən, TRT 80 kamera və 26 fərqli nöqtədən canlı yayımlayacaq. Media mərkəzində jurnalistlər üçün 1600 iş yeri və 100-ə yaxın canlı yayım nöqtəsi yaradılıb.

Bildirilib ki, sammit çərçivəsində liderlərin görüşləri qapalı formatda keçiriləcək və yalnız açılış mərhələsində NATO Mark Rutte qısa açıqlama ilə çıxış edəcək.

Qeyd olunub ki, tədbirə paralel olaraq bir sıra yan proqramlar da nəzərdə tutulub. Bunlara Dolmabahçe Sarayında NATO Parlament Assambleyasının toplantısı, “NATO Ankara Summit Dialogues” panelləri və ekspert görüşləri daxildir. Eyni zamanda Ankara şəhərində genişmiqyaslı informasiya və kommunikasiya kampaniyalarının həyata keçirilməsi planlaşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…