Əsas məzmuna keç

Türkiyə dəniz sahələrini beynəlxalq sularda mühafizə edəcək

Türkiyə dəniz sahələrini beynəlxalq sularda mühafizə edəcək

Ankara Aralıq və Egey dənizindəki strateji akvatoriyalarda təhlükəsizlik tədbirlərini gücləndirir. Yeni qərarın detalları və nəzarətdəki mühüm dəyişikliklər...

en ru

Türkiyənin beynəlxalq sulara sahələri mühafizə altına alınacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Türkiyənin Qara dəniz, Aralıq dənizi və dənizindəki haqq və mənafelərini qanuni təminat altına almaq məqsədilə "Mavi Vətən" doktrinası çərçivəsində müstəqil bir qanun layihəsi hazırlayır.

Tənzimləmə çərçivəsində Türkiyənin dənizlərdəki sərhədlərini müəyyən edən müstəsna iqtisadi zona və kontinental şelf sərhədləri əsas qanunla hüquqi norma halına gətiriləcək.

Bu sənədlə Türkiyənin öz səlahiyyət sahələrində tətbiq edəcəyi hüquqi standartlar dəqiqləşdiriləcək, həmçinin beynəlxalq sulara açılan dəniz əraziləri mühafizə altına alınacaq.

Layihənin Qurban Bayramından sonra Böyük Millət Məclisinə (TBMM) təqdim edilməsi gözlənilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…