Əsas məzmuna keç

Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyir

Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyir

bunu Türkiyə Otelçilər Dərnəyinin (TÜROB) sədri Müberra Eresin deyib. "Ötən il xaricə gedən Azərbaycan vətəndaşlarının ilk seçimi Türkiyə olub,...

"2022-ci ildə Azərbaycandan Türkiyəyə 700 min səfər edib. Bu rəqəmin qısa müddətdə 1 milyona çatacağını gözləyirik".

"Operativ Məlumat Mərkəzi-OMM" “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Otelçilər Dərnəyinin (TÜROB) sədri Müberra Eresin deyib.

"Ötən il xaricə gedən vətəndaşlarının ilk seçimi Türkiyə olub, Türkiyədən Azərbaycana isə 315 min turist səfər edib. Bununla da, Türkiyə vətəndaşları Azərbaycana turist səfərlərinə görə ilk 5-likdə qərarlaşıb. Bu da Azərbaycanın Türkiyə üçün olduğu kimi, Türkiyənin də Azərbaycan turizmi üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Azərbaycan Türkiyədən daha çox turist qəbul etmək potensialı var. Bu mühüm potensialı reallaşdırmaq, qarşılıqlı turizm səfərlərinin sayını 1,85 milyon nəfərə çatdırmaq üçün azərbaycanlı həmkarlarımızla əməkdaşlıq edib, tanıtım işləri aparacağıq", - deyə o qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…