Əsas məzmuna keç

Paşinyan dünya ulduzlarının konsertləri ilə turizmi canlandırır

Paşinyan dünya ulduzlarının konsertləri ilə turizmi canlandırır

Baş nazir Nikol Paşinyan məşhur ifaçıların tədbirləri ilə iqtisadi artım vəd etdi. İldə 3 milyon qonaq hədəfi və dövlət büdcəsindən ayrılan vəsaitin təfərrüatları.

en ru

Ermənistana turist axınının ildə 3 milyon nəfərə qədər artırılması planlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın Nikol hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bəyan edib.

Onun sözlərinə görə, bu, həm də ölkədə dünya ulduzlarının iki konsertinin keçirilməsi hesabına mümkün olacaq.

"Biz hər il dövlət büdcəsindən müsabiqə əsasında Ermənistanda dünya ulduzlarının ən azı iki konsertinin təşkili üçün vəsait ayırmaq qərarına gəlmişik", - Paşinyan bildirib.

Hökumət başçısı qeyd edib ki, dünya ifaçılarının dəvət edilməsi təkcə ölkənin imicininin möhkəmlənməsinə deyil, həm də onun iqtisadiyyatına müsbət təsir göstərir.

O, həmçinin bu cür tədbirlərin özünü tam doğrultduğunu vurğulayıb: "Bütün hesablamalarımız göstərir ki, biz bu pulları qeyd olunan məqsədlərə yatıranda, Ermənistana gələn turistlərin sayı və onların xərclədiyi pullar qoyulan investisiyaların tam şəkildə geri qaytarılmasını təmin edir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…