Operativ Məlumat Mərkəzi

Türkiyə-Aİ Yüksək Səviyyəli İqtisadi Dialoq 6 ildən sonra yenidən başlayır

2 dəq
Paylaş:
Türkiyə-Aİ Yüksək Səviyyəli İqtisadi Dialoq 6 ildən sonra yenidən başlayır

Türkiyə-Avropa İttifaqı (Aİ) Yüksək Səviyyəli İqtisadi Dialoq (HLED) Toplantısı 6 ildən sonra sabah Brüsseldə keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Maliyyə naziri Mehmet Şimşekin iştirakı ilə keçiriləcək görüş iqtisadi əlaqələrin sürətləndirilməsi və tərəflər arasında strateji əməkdaşlığın dərinləşməsi baxımından əhəmiyyətlidir.

HLED mexanizminin Türkiyə ilə Aİ arasında dialoq kanallarını inkişaf etdirmək məqsədilə 29 noyabr 2015-ci il tarixində keçirilən Türkiyə-AB Zirvə toplantısında yaradılması qərara alınıb.

Bu çərçivədə 2016, 2017 və 2019-cu illərdə üç toplantı keçirilib. Birinci və üçüncü toplantılara Türkiyə, ikinci toplantıya isə Belçika ev sahibliyi edib.

Nəhayət, 2024-cü ilin dekabrında Aİ Ümumi Məsələlər Şurasının iclasında dialoqun canlandırılması qərara alınıb. Bu qərar Aİ-nin dövlət və hökumət başçıları sammitində təsdiqlənib və rəsmi müstəviyə keçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər