Əsas məzmuna keç

Toyda taxılan qızıllara görə saxlanılanlar ədliyyəyə çıxarıldı

Toyda taxılan qızıllara görə saxlanılanlar ədliyyəyə çıxarıldı

Mehmet Fatih Tançalanla bağlı araşdırma çərçivəsində saxlanılan dörd şübhəlinin Van Emniyyətindəki istintaq tədbirləri başa çatıb.

ru en

Türkiyənin Van şəhərində Tançalanla bağlı paylaşımları əsasında başladılan araşdırma dərinləşdirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə mətbuatı yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, istintaq “cinayətdən əldə edilən əmlak dəyərlərinin yuyulması” ittihamı üzrə aparılır. Araşdırma çərçivəsində Çağla Öz Tançalan, içərisində qızılların tapıldığı evin sahibi S.A., Mehmet Fatih Tançalanın qayınanası N.O. və əmisi oğlu M.T.-nin Van Emniyyət Müdirliyindəki prosedurları tamamlanaraq ədliyyəyə sevk olunub.

Van əyalət polisi sentyabrın 8-də Mehmet Fatih Tançalanı Muradiyə rayonundakı evində saxlayıb. Onun sosial mediada yayılan görüntüləri və toyunda taxıldığı bildirilən böyük miqdarda qızıllarla bağlı maliyyə araşdırmasına başlanılıb, Maliyyə Cinayətləri Araşdırma Şurasından (MASAK) da yoxlama aparılması istənilib. Emniyyətdəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə göndərilən Tançalan hakim qərarı ilə həbs edilib.

Bildirilib ki, Tançalanın toyunda həyat yoldaşı Çağla Öz Tançalana taxıldığı bildirilən zinət əşyaları və pullar sentyabrın 12-də Muradiyə rayonunda ev və ona bitişik tikilidə aparılan axtarış zamanı aşkarlanıb, ev sahibi də saxlanılıb. İki gün əvvəl İstanbul Emniyyət Müdirliyinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Çağla Öz Tançalan isə Van şəhərinə gətirilib.

Vanlı Kara Haydar olarak bilinen Mehmet Fatih Tançalan tutuklandı

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…