Əsas məzmuna keç

Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını müsbət qiymətləndirdi

Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını müsbət qiymətləndirdi

Rəsmi Ankara ABŞ-ın Suriyanı "terrorizmə sponsorluq edən ölkələr" siyahısından çıxarmasını regionda sabitliyin bərpası üçün mühüm addım kimi dəyərləndirir.

en ru

Xarici İşlər Nazirliyi ABŞ-nin Suriyanı “terrorizmə edən ölkələr” siyahısından çıxarmaq qərarını məmnunluqla qarşılayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Türkiyə XİN-in yaydığı bəyanatda bu qərarın qəbul edilməsində iradə nümayiş etdirən rəhbərliyinin və prosesə dəstək verən ABŞ Konqresinin konstruktiv mövqeyi yüksək qiymətləndirilib.

həmçinin hökuməti və xalqının nümayiş etdirdiyi qətiyyətli mövqeyi təqdir edib.

Türkiyə hesab edir ki, uzun müddətdir dəstəklənən bu qərar Suriyanın iqtisadi dirçəlişi və yenidən qurulması qarşısındakı əsas maneələrdən birini aradan qaldırır.

Bəyanatda qeyd olunub ki, qərar Suriyanın beynəlxalq ictimaiyyətlə əlaqələrinin möhkəmlənməsinə, həmçinin ölkədə təhlükəsizlik və sabitliyin davamlı şəkildə təmin olunmasına yönəlmiş səylərə mühüm töhfə verəcək.

Türkiyə beynəlxalq ictimaiyyəti Suriyanın rifahı naminə səyləri birləşdirməyə çağırıb. Ankara həmçinin bu prosesi təhlükə altına alan təcavüzkar hərəkətlərə son qoyulmasının və bütün tərəflərin üzərinə düşən məsuliyyəti yerinə yetirməsinin vacibliyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…