Dünən Bakıda daha bir piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 2005-ci il təvəllüdlü Bünyad Muxtar oğlu Cəfərov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayevi vurub.
Sabunçu xəstəxanasına yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.