Əsas məzmuna keç

Türkiyə 15 iyul Demokratiya və Milli Birlik Gününü qeyd edir

Türkiyə 15 iyul Demokratiya və Milli Birlik Gününü qeyd edir

Qardaş ölkə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 8-ci ildönümünü anır. Ankara və İstanbulda keçirilən tədbirlərdə şəhidlərin xatirəsi yad edilir.

en ru

Türkiyədə 15 İyul - və Milli Günüdür.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 10 il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə xalqı tərəfindən qətiyyətlə alınıb.

Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qoruyub.

Demokratiya və Milli Birlik Günü Türkiyədə rəsmi tətildir.

Qeyd edək ki, 35 təyyarə, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 000-ə yaxın yüngül silahdan istifadə edilməklə, dövlət çevrilişinə cəhd prosesinə 9 minə yaxın hərbçi cəlb edilib. Həmin gün döyüşən mülki, polis və əsgərlərdən 150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub.

Fətullah Gülən və onun tərəfdarları tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələnmiş terror təşkilatını tam şəkildə ifşa edib.

2016-cı ilin dövlət çevrilişinə cəhd zamanı bütün gücü ilə Türkiyənin yanında olub. Hadisənin ilk anlarından böyük narahatlığını ifadə edən Prezident İlham Əliyev Türkiyə dövlətinə və Rəcəb Tayyib Ərdoğanın legitim hakimiyyətinə olan dəstəyini açıq şəkildə ifadə edib. Qardaş Türkiyə xalqı Azərbaycanın haqlı və qətiyyətli mövqeyini hər zaman yüksək dəyərləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…