Operativ Məlumat Mərkəzi

Türkiyə XİN-dən Suriya ilə bağlı bəyanat

2 dəq
Paylaş:
Türkiyə XİN-dən Suriya ilə bağlı bəyanat
Ankara Suriyada elan edilmiş atəşkəs və tam inteqrasiya sazişinin ölkənin ərazi bütövlüyü çərçivəsində sabitliyə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi Suriyada elan olunmuş atəşkəs və tam inteqrasiya sazişi ilə bağlı rəsmi bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, nazirlik Suriya Prezidenti Əhməd Şara tərəfindən açıqlanan bu razılaşmanın ölkədə sabitlik və təhlükəsizliyin bərpası istiqamətindəki səyləri sürətləndirəcəyinə ümid etdiyini bildirib.

Bəyanatda vurğulanır ki, Suriyanın gələcəyi terror və parçalanmadan deyil, birlik və inteqrasiyadan keçir.

Türkiyə tərəfi sazişin həm Suriya xalqı, həm də qonşu dövlətlər başda olmaqla bütün regionun hüzuruna xidmət etməsini təmənni edir.

Sənəddə qeyd olunub ki, Sazişin Suriyanın birliyi və ərazi bütövlüyü əsasında həyata keçirilməsi mütləqdir. Suriyanın gələcəyində terror qruplaşmalarına və separatçı meyillərə yer olmamalıdır. Türkiyə Suriya hökumətinin xalqın rızasına əsaslanan inklüziv idarəçilik və ölkənin yenidən qurulması səylərini dəstəkləməyə davam edəcək.

Xatırladaq ki, 8 dekabr 2024-cü il tarixindən etibarən Suriyada yeni bir dövr başlayıb. Türkiyə bu mərhələni ölkənin rifahı üçün mühüm bir fürsət kimi qiymətləndirir və prosesin kritik bir mərhələdən keçdiyini qeyd edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər